Alparslan Kuytul azadlığa buraxılıb

Türkiyədə 22 ay həbsxanada saxlanılan "Furkan" vəqfinin qurucusu Alparslan Kuytul azadlığa buraxılıb.
 
Maide.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə "Furqan" təşkilatının sosial internet saytında məlumat yerləşdirilib.
 
"22 aydır Boludakı həbsxanada saxlanılan Alparslan Kuytul bu gün azadlığa buraxılıb", məlumatda deyilir.
 
Qeyd edək ki, 8 fevral 2018-ci ildə həbs edilən  "Furkan Təhsil və Xidmət Vəqfi"nin qurucusu Alparslan Kuytula qarşı iyul ayında "terror təşkilatına dəstək vermək" iddiası ilə yeni cinayət işi açılmışdı, onun 20 ilə qədər həbs cəzasına məhkum edilməsi tələb edilirdi.
 
A. Kuytul  12 ay həbsdə qaldıqdan sonra cari ilin yanvar ayında  Adana 4-cü Ağır Cəza Məhkəməsinin qərarı ilə sərbəst buraxılmış və 2 gün sonra yenidən həmin məhkəmənin qərarı ilə həbs olunmuşdu.