İşğalçı İsrail qırıcıları Qəzzanı bombaladı

Sionist İsrail rejim ordusuna məxsus qırıcı təyyarələr Qəzza zolağına zərbələr endirib.
 
Maide.Az “TASS”a istinadən xəbər verir ki, işğalçı rejim Hərbi-Hava Qüvvələri Qəzzada bir neçə bölgəni bombalayıb. 
 
İsrail ordusu öz məlumatında iddia edib ki,  hava hücumu Qəzzadan işğal olunmuş əraziyə partlayıcı maddələr daşıyan şarların buraxılmasına cavab olaraq həyata keçirilib.
 
İşğalçı rejim  hücum zamanı HƏMAS-a məxsus 3 mövqeni bombaladığını bildirib. 
 
İsrial rejiminin Qəzzadan partlayıcı maddələr daşıyan şarların buraxılmasına dair iddiasına  müqavimət qüvvələri hələlik münasibət bildirməyib.