İşğalçı İsrail rejimi SuriyanınTədmur bölgəsinə hücum edib, ölən və yaralananlar var

İşğalçı İsrail rjeimi  təyyarələri Tədmur bölgəsinə hücum edib.
 
Maide.Az “SANA”a istinadla xəbər verir ki, bunu Suriya ordusu yayımladığı açıqlaamada bildirib. 
 
Bildirilib ki, hücum  nəticəsində bir rabitə qülləsi və bəzi nöqtələr hədəf alınıb. Maddi ziyan dəyib,  Hücum nəticəsində 1 Suriyalı əsgər həyatını itirib, 3 əsgər isə yaralanıb.
 
Qeyd olunub ki, Suriya ordusunun hava hücumundan müdafiə sistemləri ötən gecə işğalçı rejim İsrailin həyata keçirdiyi hava hücumuna cavab verib. 
 
Yerli mənbələrin bildirdiyinə görə, işğalçı rejim və ABŞ -a məxsus casus təyyarələri Suriya sərhədindəki müqavimət qruplarının mövqelərini aşkar etmək üçün bölgədə kəşfiyyat uçuşları həyata keçirir.