İşğalçı İsrail rejim qüvvələri Qəzza zolağını bombalayıb

İşğalçı İsrail rejim qüvvələrinin  qırıcı təyyarəli və helikopterləri Qəzza zolağının şimal hissəsini bombalayıb. 
 
Maide.Az xarici KİV-ə istinadla xəbər verir ki, işğalçı rejim Qəzzada HƏMAS-ın mövqelərini bombaladığını bildirib. 
 
Sionist rejim yayımladığı açıqlamada  Qəzza zolağından  Fələstinin işğal olunmuş ərazilərinə raket atıldığını və hücumun buna cavab olduğunu idda edib. 
 
Fələstin tərəfindən hücuma dair hələ bir açıqlama verilməyib.