Amsterdamda azan səsinə icazə verildi

Hollandiyanın Amsterdam şəhərinin Nyu-Vest bölgəsindəki Sultan Əhməd məscidinin yerləşdiyi küçədə azan səslənməsinə icazə verilib.

Maide.az “dunyabulteni.net”ə istinadən xəbər verir ki, həmin küçədə bir neçə yerdə səsgücləndiricilər yerləşdirilib.

Azan səsi hələlik sadəcə cümə günləri səsgücləndiricilər vasitəsilə veriləcək.

Həmin bölgədə yaşayan digər dinin mənsubları da bu qərara qarşı çıxmayıblar.

Bu qərarın icrasına noyabrda başlanılması gözlənilir.