Aprelin 3-də gözlənilən hava şəraiti açıqlanıb

 

Aprelin 03-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.  Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Maide.Az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, səhər saatlarında duman olacaq. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu  gecə 6-9° isti, gündüz  12-15° isti, Bakıda  gecə 7-9° isti, gündüz 13-15° isti olacaq.

Atmosfer  təzyiqi 760 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. 
 
Nisbi rütubətgecə 75-85  %, gündüz 50-55 % olacaq. 

Azərbaycanın rayonlarında  arabir  yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə  duman olacaq. Qərb  küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək, gündüz şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu  gecə 5-10° isti, gündüz 15-20° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək  isti, gündüz 5-10° olacaq.