Aprelin 4-ə gözlənilən hava şəraiti açıqlanıb

Azərbaycanda aprelin 4-ə gözlənilən hava şəraiti açıqlanıb. 

 
Maide.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, aprelin 4-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə yağış yağacağı, duman olacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək.
 
Havanın temperaturu Abşeron yarımadasında gecə 6-9, gündüz 11-14, Bakıda gecə 6-8, gündüz 11-13 dərəcə isti olacaq.
 
Atmosfer təzyiqi 766 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 faiz təşkil edəcək.
 
Aprelin 4-də Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq, şərq küləyi əsəcək.
 
Havanın temperaturu gecə 5-9, gündüz 12-16 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək, gündüz 3-8 dərəcə isti olacaq.