Astanada Suriya münaqişəsi ilə bağlı imzalanmış anlaşmanın yeni təfərrüatları

Suriyada atəşkəsi təmin edən ölkələr Rusiya, İran və Türkiyə və eləcə də BMT-in nümayəndə heyəti döyüşlərin saxlanılması, atəşkəsin bərpa edilməsi və 4 təhlükəsiz bölgənin təmin edilməsi istiqamətində memorandum imzalayıblar.
 
Memorondumun imzalanması zamanı Suriya hökumətini təmsil edən nümayəndə heyəti iştirak edib. Lakin İran tərəfindən imzalanma həyata keçirilərkən silahlı qruplaşmaları təmsil edən nümayəndə heyətinin bəzisi zalı tərk ediblər.
 
Məlumata görə bu anlaşmaya Suriyada 4 bölgədə döyüşlərin dayandırılması, döyüşlərin dayandırılacağı bölgələrinin müəyyənləşməsi üçün atəşkəsin təminatçısı olan dövlətlər tərəfindən vahid işçi qrupun yaradılması yer alıb.
 
Sözügedən işçi qrup 5 gün ərzində təşkil edilməli və cari ayın 22-ə qədər döyüşlərin dayandığı bölgələri və onların xəritələrini müəyyənləşdirməlidirlər.
 
Memoronduma əsasən döyüşlərin dayandırıldığı bölgədə bitərəf hərbi qüvvələr yerləşdirilməli və atəşkəsi təmin etməlidirlər.
 
Bu memorandumda təkid edilib ki İŞİD və "Nusra Cəbhəsi"nə və onlara tabe olan qruplaşmalara qarşı döyüşlər davam edəcək. (islaminsesi) /