ABŞ-da baş verən irqi ayrıseçkiliyə qarşı etirazçılara dəstək məqsədilə Yunanıstanın Saloniki şəhərindəki Vaşinqton konsulluğunun qarşısında etiraz aksiyası keçirilib.
Maide.Az xəbər verir ki, konsulluğun qarşısında keçirilən aksiyada etirazçılar ABŞ bayrağını yandırıb, irqi ayrıseçkiliyə qarşı şüarlar səsləndirib.