Avstraliya alimləri yeni bir koronavirus yetişdirə bildilər

Avstraliya Elmi İnstitutunun alimləri uğurla yeni bir koronavirus yetişdirdilər, bu nəticə beynəlxalq laboratoriyalara xəstəlik ilə mübarizə üçün vacib məlumatlar təqdim edəcəkdir. 
 
Maide.Az "RIA Novosti" istinadla xəbər verir ki, Melburndakı Doherty İnstitutunun saytında verilən məlumata görə, virusu xəstələrdən birinin nümunəsindən yetişdiriblər. Bu, koronavirusun Çindən kənarda ilk yetişdirilməsi hadisəsidir.
 
"Çin hakimiyyəti diaqnoz üçün vacib olan yeni koronavirusun genom ardıcıllığını dərc edib, lakin əsl virusun olması o deməkdir ki, indi analizin bütün metodlarını faktiki olaraq müəyyənləşdirmək və sınaqdan keçirmək, həmçini onun həssaslıqlarını və xüsusiyyətlərini müqayisə etmək imkanımız var - bu diaqnostika üçün bir irəliləyiş olacaq". Deyə virus aşkarlanması laboratoriyasının rəhbəri doktor Culian Drius qeyd edib.
 
Onun sözlərinə görə, virus Avstraliyada xəstəliyi aşkar etmək üçün istifadə ediləcək, eyni zamanda Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlıq edən laboratoriyalara köçürüləcək.
 
Çində demək olar ki, 6 min nəfər bu virusa yoluxmuş, 132 nəfər həyatını itirmişdir.