Avtobusun qatarla toqquşması 15 can aldı

Sərnişin avtobusu ilə qatarın toqquşması nəticəsində azı 15 nəfər ölüb.

 
  Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Pakistanın cənubunda qeydə alınıb. Hadisə nəticəsində daha 30-dan çox insan yaralanıb.  
 
Qəza ilə bağlı əlavə heç bir məlumat verilməyib.