Avtomobil Xırdalanda iki şagirdi vurub ağır xəsarət yetirdi

Abşeronda avtomobil iki şagirdi vurub.


Hadisə Xırdalan şəhərində baş verib


“Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarında gedən Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdləri olan iki qızı vurub. Nəticədə məktəblilər ağır xəsarətlər alıblar. Yaralılar xəstəxanaya çatdırılıb. Xəsarət alanlardan biri – Fidan adlı şagird komaya düşüb.


Hadisənin başvermə anı yaxınlıqdakı müşahidə kamerasına düşüb.


Faktla bağlı araşdırma aparılır. (report)