Ayətullah Amuli: `Bismillah` deyib günah iş görmək olmaz

Ayətullah Cavad Amuli Allaha qulluğun insan ola bilməyin bir yolu olduğuna diqqət çəkib və belə deyib: "Görülən hər işin başında "Bismillah" deyilməsi insan həyatında çox gözəl təsir qoyur. Hər işin "Bismillah" ilə başlanması bir həyat ədəbidir və eyni zamanda bir növ ibadətdir. Bu sözü söyləyərək bir günah görülə bilməz və ya biri bu sözü tələffüz edərək haram və ya məkruh olan işi etməz. Bu səbəbdən işlərin başında "Bismillah" deyilməsi diqqətli olmaq üçün çox gözəl bir yoldur. İnsanın atacağı hər addımda və edəcəyi hər işin başlanğıcında "Bismillah" deməsi, özünü daim müşahidə edən bir "Allah"ın olduğunu xatırladar ona... Beləcə, insan Allahın razılığına zidd bir işə girməkdən özünü uzaq tutur."