Ayətullah Amuli: Göz yaşı olan bir cəmiyyət qəddar ola bilməz!

Ayətullah Cavadi Amuli göz yaşı və iniltisi olan bir cəmiyyətin mehriban olduğunu söyləyib və belə danışıb: "Belə bir cəmiyyət oğru, təcavüzkar, fırıldaqçı, yalançı, fitnəkar və qəddar ola bilməz! Xalqı mehriban olan bir cəmiyyətin üzvləri arasından bıçaq satan çıxmaz! Onlar Kərbəla müsibəti üçün yas tutmağın bərəkətlərindəndir.
 
Maide.az xəbər verir ki, Ayətullah Cavadi Amuli Əhli- Beytin sevincli günlərində sevincli və kədərli günlərində də qəm-qüssə olmağın, ümmətin İmam Əliyə (ə) qarşı bir vəfa borcu olduğunu söyləyib: "Bu, Peyğəmbər (s) və Əhli-beyt ilə həmfikir olmaq mənasına gəlir. Bu, gülmək lazım olan yerdə gülməyi və ağlamaq lazım olan yerdə ağlamağı öyrədir. Bu həmfikirlik insanı təmkinli bir hədəfə çatdırır. Gülmək lazım olan yerdə gülən və ağlamaq lazım olan yerdə ağlayan bir cəmiyyət, mədəni bir cəmiyyətdir, realist bir cəmiyyətdir. Belə bir cəmiyyət haq, hüquq tanıyan bir cəmiyyətdir və belə bir cəmiyyət zorakılıq etməz, qəddar və zalım olmaz!"