Ayətullah İbrahim Əmini ailə problemləri barədə çox sərt danışdı

Maide.az xəbər verir ki, Qum elm hövzəsinin tanınmış ustadlarından olan Ayətullah İbrahim Əmini ailə mövzusundakı problemlərin ciddi şəkildə müzakirə olunmasını və lazımlı həll yollarının dərhal tətbiq edilməsinin vacibliyini vurğulayaraq belə deyib: "Vəziyyət o qədər dəhşətlidir ki, əgər bu gün lazımlı addımlar atılmasa, ailə mövzusunda böyük bir faciə ilə qarşılaşacağıq. Bu gün istər elmi hövzələrindən, istərsə də universitetlərdən ailə və qadın mövzusunda mütəxəssis olan heyətlərdən bir komissiya yaradılmalı, ailə və qadınların təməl problemlərinin mənşəyi aşkarlanmalı və həlli yolları tapılmalıdır
 
Qadınlarımızın vəziyyəti arzu etdiyimiz kimi deyil. Mövzunu ciddi şəkildə müzakirə etmək lazımdır. Görəsən harada səhlənkarlıq edilib ki, vəziyyət bu hala gəlib.
 
Həqiqətən ailə qurmaq asandırmı, yoxsa bəzi məntiqsiz səbəblərdən çətinləşdirilmişdirmi? Burada təhsilin rolu da unudulmamalıdır. Görəsən universitetlərdə qadınlarla əlaqədar xüsusi bir sahə yaradılmışdırmı? Bu gün acı bir həqiqəti etiraf etməyimiz lazımdır: Evlilik yaşı gündən günə yüksəlməkdədir. Ailə qurmaq mənasız bəzi qaydalar üzündən hər keçən gün daha da çətinləşməkdədir. Buna görə bəzi qızlar ömürlərinin sonuna qədər subay yaşamaq məcburiyyətində qalmışdır. Burada ciddi bir problem var. Evllənənlər də bir müddət uşaq dünyaya gətirməyə qərar verirlər. Niyə? Niyə gənclər narkotikə yönəlirlər? Həqiqətən ailə və qadın mövzusunda ciddi problemlər var və bunların dərhal aradan qaldırılması lazımdır. Saxta proqramlarla məsələni həll edə bilmərik, ciddi və möhkəm addımlar atmalıyıq. İçində olduğumuz çətinliklərin qaynağını aşkar edib, oradakı problemi aradan qaldırmalıyıq."