Ayətullah Cavadi Amuli: Ehsan etmək, insanı dünyada möhkəmləndirir

Maide.az xəbər verir ki, İslam alimi Ayətullah Cavadi Amuli öz təfsir "Bəqərə" surəsinin 265-ci ayəsini təfsir edərək beləd deyib: ""Bəqərə" surəsinin 265-ci ayəsinə görə, (Mallarını Allahın razılığını qazanmaq və ruhlarını (iman və əməl baxımından) möhkəmləndirmək üçün xərcləyənlər yüksəklikdə yerləşən və leysanın yağması nəticəsində iki qat meyvə vermiş bağ kimidir. Ora leysan yağmasa da narın yağış yağıb (və o, otsuz qalmayıb). Allah əməllərinizi görəndir) hədiyyə etməyin, xərcləməyin savabı yalnız axirətə yönəlik deyil. Əksinə, bu dünyada təsirini göstərir. İnsan etdiyi ehsanla öz varlıq ağacını suvarır, onun qurumasına mane olur və torpağa daha çox kök atmasını təmin edir. Belə bir insan dünyadakı mənfi hallarla aradan getməz, sağlam şəkildə dayanar və heç vaxt əyilməz. Beləliklə, ehsan etmək, sadəcə, başqalarına yardım göstərmək deyil, özlərini möhkəmləndirmək üçündür."