Ayətullah Xamenei İran xalqını təbrik etdi

-- 11 fevral yürüşündə izdihamlı iştirakına görə

Ali Rəhbər  Ayətullah Seyid Əli Xamenei  İran xalqını 11 fevral yürüşündə izdihamlı iştirakına görə təbrik edib.  
 
Maide.Az “Leader.ir” saytına istinadən xəbər verir ki,  Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei qələmə aldığı təbrik mesajında  bildirir: 
 
“Əziz və dəyərli İran xalqı, bu gün (11 fevral) qətiyyət və anlayışınızla möhtəşəm və böyük bir hadisə yaratdınız. Bu gün  təşkil olunan möhtəşəm 11 fevral yürüşündə xalqın iştirakı dəqiq hesablamalara görə,  öncəki illərdən  daha  izdihamlı və daha coşqulu olub.  Heç şübhəsiz , bunlar əcnəbilərə və İran düşmənlərinə qətiyyətli bir cavab oldu.   İran və İranlılar haqqında yalnış  düşüncəyə sahib olan  düşmənlər  var güclə təbliğat aparırdı və çalışırdı ki, bu ilki 11 fevral yürüş mərasimini sönük göstərsin.   Lakin sizlər əməldə İnqilabın  yaşadığını və dinamik olduğunu ortaya qoydunuz. Şüarlar səsləndirdiniz, isti iştirakınız və fəryadlarınızla  İmam Xomeyninin (rə) idealarına  bağlı olduğunuzu göstərdiniz. Bunlar  düşmənlərin gözünü qorxudur və onları geri oturmağa məcbur edir. Həmçinin İran xalqının qətiyyətliliyi düşmənlərin hesablamalarını pozur. Ölkənin  məsul şəxsləri  bu misilsiz  fenomeni təqdir edərək əziz xalqımıza səbir, güclü idarəetmə və inqilabçı ruhu ilə xidmət etməlidir. Və İslam İnqilabının  ideyalarını qorumalıdır.   Ona görə ki,  ölkənin gələcəyi  bəsirətli və oyaq xalqımıza aiddir.  Biz məsul şəxslər  xalqımızdan geri qalmamağa çalışmalıyıq. 
  ولا تهنوا و لاتحزنوا و انتم الأعلون ان کنتم مؤمنین
"Heç vaxt (düşmən qarşısında) süstləşməyin və (düçar olduğunuz bəlalara görə) kədərlənməyin ki, əgər (həqiqi) mömin olsanız siz üstünsünüz."  (“Ali-İmran” surəsi, 139-cu ayə) 
 
Ayətullah Xamenei