Ayətullah Xamenei: Avropa ilə müzakirə məsələsində hər hansı bir problem yoxdur, ancaq...

Ali Rəhbər Ayətullah Xamenei  “hökumət həftəsi” münasibətilə bu gün səhər prezident Həsən Ruhani və Nazirlər Kabinetinin üzvlərini qəbul edib. 
 
Maide.Az “Leader.ir” saytına istinadən xəbər verir ki, görüşdə Ali Rəhbər ölkədəki iqtisadi durum və hökumətin görəcəyi proritet məsələlər haqqında danışıb. 
 
Ayətullah Xamenei çıxışı zamanı iqtisadiyyat sahəsində güclü və keyfiyyətli işlər həyata keçirməyə və bu məsələdə dövlət rəsmilərini problemləri həll etmək üçün gecə-gündüz çalışmağa çağırıb. 
 
Avropa ilə müzakirə məsələsində hər hansı bir problem yoxdur, ancaq bu məsələyə tərəddüdlə yaxınlaşıb, diqqətli olmaq lazımdır deyən Ayətullah Xamenei bildirib ki, Avropa isə İranlı rəsmilərin danışıqları ilə davranışlarını nəzərə alaraq, edəcəyi hər şeyin ölkəmizin uyğun tədbiri ilə qarşılıq tapacağını bilməlidir. 
 
Ayətullah Xamenei bildirib ki, həyasız və hörmətsiz ABŞ-la heç bir şəkildə müzakirə aparılmayacaq. "Sözdə uyğun davranan keçmiş ABŞ-lı siyasətçilərlə apardığımız müzakirələrin nəticəsi budursa, İranın üzərinə qılınc çəkməyə hazır olan indiki rəsmiləri ilə danışılası nə var ki?! Onlar bizi danışıqlar masasına çəkmək məsələsində manevr etmək istəyirlər. Buna görə də əvvəl də izah etdiyim kimi heç bir müzakirə olmayacaq". 
 
Ali Rəhbər müxtəlif sahələrdə çalışan məsul şəxslərin bir-birinə yardımçı olub, xüsusi ilə hazırkı hökumətlə əməkdaşlıq etmələrinin zəruriliyini vurğuladı. “ Ötən bir il ərzində iqtisadi inkişaf,  enerji və qeyri - neft sahəsində ixracatın artması və idxalın  azaldılması sahəsində  çox yaxşı işlər görülüb.  Lazımdır ki, bu sahədə görülən işlər xalqa çatdırılsın”. 
 
Ayətullah Xamenei  bildirib ki, düşmən  iqtisadi sahədə boşluqların olmasına görə ölkənin iqtisadiyyatını hədəfə alıb.  “İqtisadi sahədə daha güclü və daha çox çalışmaq lazımdır.  Boşluqlar doldurulmalıdır və bu  bütün imkanlardan istifadə ilə mümkindir.  Ölkənin idarəsində dalan dirənmək kimi problemimiz yoxdur”. 
 
Çıxışının əvvəlində Ali Rəhbər Qədir-Xum bayramı münasibəti ilə Əhli-beyt (ə) aşiqlərini təbrik edib və İmam Əlinin (ə) Peyğəmbərdən (ə) sonra ümmətə imam və rəhbər seçilməsini  böyük ilahi nemət adlandırıb .