Ayətullah Xamenei: ‘ABŞ-ın bütün proqnozları boşa çıxır’

 
“ABŞ-ın bəzi rəhbərləri özlərini dəliliyə vururlar. Əlbəttə, mən bunu qəbul etmirəm, lakin mənim qənaətimcə onlar birinci dərəcəli axmaqdırlar.”
 
Maide.Az “Leader.ir” saytına istinadən  xəbər verir ki, bunu Ali Rəhbər Ayətullah Xamenei bu gün 1977-ci il yanvar ayının  9-da Qum şəhərində İran şahı Rza Pəhləviyə qarşı başlanan və şahın devrilməsilə nəticələnən qiyamən ildönümü münasibətilə Qum əyalətindən minlərlə insanla keçirdiyi görüşdə deyib. 
 
Ayətullah Xamenei 31 dekabr 1977-ci ildə ABŞ prezidentinin Tehrana  səfər etdiyini xatırladaraq bildirib ki, ABŞ prezidenti  Rza Şahı öz çıxışında təriflədi və İranı sabitlik hökm sürən yer adlandırdı.  “Yəni ki, öz nökərlərindən razı olduğunu bildirdi. Amma üstündən heç 10 gün keçmədi,  Qum sakinləri  şaha qarşı ayağa qalxdı, ardınca Təbriz də bu qiyama qoşuldu ki, nəticəsi şahın devrilməsi oldu. Bu da ABŞ-ın siyasi proqnozçularının hesablamaları.  Amerikalılar  gələcək haqqında verdikləri bu cür proqnozları qürrələnirlər. Burada da (ölkə daxilində)  bəzi Qərb vurğunları ABŞ-ın qüdrətindən  dəm vururlar. Düşmənlər  İnqilabdan sonra da sanksiyalar tətbiq etdilər və proqnoz vermişdilər ki, İran 5-6 ay davam gətirə biləcək. Elə bir müddət öncə də ABŞ-ın dövlət xadimlərindən biri terrorçu və quldurların yığıncağında 2019-cu ilin yeni il təhvilini Tehranda qeyd edəcəyini bildirmişdi.  2019-cu ilin təhvil olmasından artıq neçə gün keçib. Budur  İran düşmənlərinin proqrnozçularının hesablamaları”.
 
Ayətullah Xameneinin  bildirb ki, onların bu hesablamalarının qarşılığında  İslam sisteminin hesablamaları durur ki, İmam Xomeyninin  (r.ə.) Qorbaçova yazdığı məktubda  “marksisimin  sümüklərinin sınmasının səsini eşidirəm”  deməsi və  hesablaması buna nümunədir və bir müddət sonra bütün xalqlar bunu gördülər. 
 
Ayətullah Xamenei qeyd edib ki,  İran xalqı və ABŞ arasında düşmənçiliyin kökündə  haqq və batilin tarixi qarşıdurması dayanır.  “Çünki imperialistlər və müstəmləkəçilər  xalqların qanından  qidalanırlar. İslam İnqilabı  onların bu zülmünün qarşısında  aşkar durur.  Xalqların oyanması üçün də çalışır.   Müxtəlif ölkələrdə “Amerikaya ölüm” şüarlarının eşidilməsi misilsiz həddə artıb və bu İran xalqının uğurudur. Düşmənlər xalqları  “iranfobiya”, “islamfobiya”, “şiəfobiya” ilə yolundan azıdrmaq istəyir, lakin xalqların  İslami İranla  heç bir dşümənçiliyi yoxdur.  Allah yolunda hərəkət edən hər hansı bir cəbhə  heç şübhəsiz Allahın vədə verdiyi kimi qələbə çalacaq.  Necə ki, ötən 40 il ərzində harada  hərəkət etmişiksə qələbə çalmışıq və harada süstlük göstərmişiksə məğlub olmuşuq.” 
 
Ayətullah Xamenei  dövlət rəsmirlərinə tövsiyə edib ki, ABŞ dövlət  xadimlərinin  boşboğazlıqları qaşrısında  şücaətli və ağıllı davransınlar.  “Görürsüz ki onlar  yerli-yersiz  təlxəy kimi  danışırlar.  ABŞ dövlət xadimləri  deyir ki,  İran insan haqlarını  Səudiyyə Ərəbistandan öyrənsin.  Onların  nə hədələri, nə verdikləri vədələr, nə imzaları və nə də sözlərinin  etibarı yoxdur və  etinasız yanaşmaq lazımdır.  Yolunuzu  ağılla seçin və  motivasiya ilə irəli aparın.”
 
Ayətullah Xamenei qeyd edib ki,  dövlət rəsmilərinə  ilk öncə tövsiyəm budur ki, öz məsuliyyətlərinin qədrini bilsinlər.  “Bu məqsədlərə,  bu xalqa, bu ölkəyə xidmət etmək böyük  nemətdir.  İkincisi  bu böyük nemətin tələblərinə əməl edin və ehtiyatlı olun  israf,   aristokratiya və  tağut hərəkətləri etməyin. Yol, İslam yoludur.  Biz  Əmirəlmöminin Əli (ə) kimi rəftar edə bilmərik, lakin  o rəftər tərzinə tərəf istiqamət götürməliyik.   Ölkənin daxili potensialının qədrini bilin və xalqın  məişətini yaxşılaşdırın.”