Ayətullahul Üzma Seyyid Əli Xameneinin şəri suallara cavabları - YENİ


 Maide.Az "Leader.ir" saytına istinadən  Ayətullahul Üzma Seyyid Əli Xameneinin yeni şəri suallara cavablarını təqdim edir: 


Meyvə satışında fırıldaqçılıq etməyin hökmü


Sual-1: İşim meyvə satıcılığıdır. Təbii ki, meyvələri satmaq üçün onların eyibini gizlədirik. Məsələn, göz önünə meyvələrin yaxşılarını qoyuruq. Onu da deyim ki, müştəri meyvə alanda seçib alır.

Bəzən elə olur ki, sabah satacağımız yerkökü kimi meyvənin solmasının qarşısını almaq üçün meyvələri gecə suya qoyur, səhər açılanda quruduruq. Bundan əlavə, keçən gecənin meyvələrini yeni meyvələr ilə qarışdırıb satırıq. Bu cür hallar alv-erdə fırıldaqçılıq sayılırmı?

Cavab: Əgər satıcı öz malını olduğundan yaxşı göstərərsə və malın qiymətini müştərinin gözündə qaldıran bir iş görərsə, bu, kələkbazlıq hesab olunur. Buna görə müştəri aldanarsa, onun alğı-satqını pozmaq hüququ vardır.

 

Çoxsaylı zəlzələnin Ayət namazı

 Sual-2: Bizim şəhərdə bir neçə saniyə ərzində iki zəlzələ baş verdi. Belə ki, hamı bir zəlzələnin olduğunu güman etdi. Amma sonradan məlum oldu ki, ayrılıqda iki zəlzələ baş verib. İki Ayət namazı qılmalıyıqmı?

Cavab: Əgər camaat arasında bir zəlzələ hesab olunubsa və camaat bir zəlzələ hiss ediblərsə, bir Ayət namazı vacibdir.

 

 Sosial şəbəkədə hicabsızlığı təsdiq etmək
 

Sual-3: Sosial şəbəkələrdə hicabsız şəxslərin şəkillərini "layk" etmək icazəlidirmi? Əgər həmin şəxsi üzü bilinməzsə və ya qeyri-müsəlman olarsa, "layk" etməyin höküm nədir?

Cavab: Əgər cəmiyyətdə batilin və günahın təsdiqi və yayılması sayılarsa, icazəli deyil.

 

 Hicabı qorumaqla azca bəzənmək

Sual-4: Qadının hicab şərtlərinə riayət etməsi və tükünü örtməsi şərti ilə azacıq bəzənməsinin hökmü nədir? Gözündən rəngindən elə də çox fərqlənməyən rəngli linzalardan istifadə etməsinin hökmü nədir?

Cavab: Cəmiyyət arasında bəzək və zinət sayılan şeylər naməhrəmdən örtülməlidir.

 

 Camaat namazında elgözünə iştirak etmək

Sual-5: Ağlabatan məsləhət üzündən ədalətli hesab etmədiyim camaat imamına iqtida edirəm. Camaat namazından sonra isə namazımı təzələyirəm. Əgər mən digər məmumların imama birləşməsi üçün vasitə olsam, namazımı təzədən qıldığımı onlara deməyim vacibdirmi?!

Cavab: Digər məmumlara deməyiniz lazım deyil.

 

Musiqi ifaçısı və müğənninin qazancının hökmü

Sual-6: Bir şəxsin işi toy mərasimlərində müğənnilik etməkdir. Ləhv məclislərinə uyğun musiqilər oxuyur və digərlərini də rəqs etməyə təhrik edir. Onun qazancının şəri baxımdan problemi varmı?

Cavab: Əgər ifaçılığı və müğənniliyi haram musiqiyə aiddirsə, bu iş üçün muzd alması icazəli deyil.

 

Mənəvi əsərlərin müəllifləri
 

Sual-7: Mənəvi əsərlərin müəllifləri - yazarlar, proqram istehsalçıları və naşirlər –alıcının kitabı və ya diski (CD) başqalarına verməməsi və ya kitab və diskdə (CD) olan məlumatları başqalarına öyrətməməsi ilə bağlı şərt qoya bilərlərmi?!

Cavab: Əgər bu şərt alver zamanı olarsa, eybi yoxdur və müştəri şərti qəbul edərsə, ona əməl etməsi lazımdır.

 

İnternet yarışlarının mükafatı
 

Sual-8: Virtual məkanda keçirilən yarışlarda təqdim edilən sualların cavablarına görə təyin edilmiş mükafatı almaq olarmı?

Cavab: Əgər yarışda iştirak pulsuzdursa və ya bir neçə nəfərin arasında uduzanın pulunun udana ödənilməsi ilə nəticələnən bir yarış deyilsə, eybi yoxdur.

 
Camaat imamnın qiraəti

Sual-9: Əgər camaat imamının qiraəti düzgün olmazsa, məsələn, kəsrənin ("i" səsi) yerinə fəthə ("ə" səsi) oxuyarsa, ona iqtida etmək olarmı? (Əgər iqtida etmək icazəli deyilsə) Öncədən ona iqtida etdiyim namazların höküm nədir?

Cavab: Əgər camaat imamının qirəti, hətta səslərin oxunuşunda düzgün olmazsa, ona iqtida etmək səhih deyil. Əgər onun qiraətinin doğru olmadığını bilmədən və ya onun qiraətinin düzgün olduğunu güman edib ona iqtida edib namaz qılmısınızsa, keçmiş namazlarınız səhihdir.

 

İdman mərkəzlərində hicab
 
Sual-10: Xanımlar naməhrəmlərin iştirak etdiyi dağ idmanlarında və ya onların də məşq etdiyi idman zallarında idman üçün xüsusi geyimlərdən istifadə edə bilərlərmi?
 
Cavab: Möhtərəm xanımlar naməhrəmlərin olduğu yerlərdə vacib hicaba riayət etməlidirlər. Bu məsələdə idman və sair hallar arasında heç bir fərq yoxdur. Xanımlar naməhrəmin diqqətini cəlb edən və fəsada səbəb olan libaslar geyinməməli və hərəkətlərə yol verməməlidirlər.