Ayətullah Xamenei 1000-dən çox məhbusu əfv etdi

Qurban və Qədir-Xum bayramları münasibətilə

Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei Qurban və Qədir-Xum bayramları münasibətilə, ümumi və inqilabi məhkəmələr, İqtisad Məhkəməsi və Hərbi Tribunal tərəfindən mühakimə edilmiş 1070  nəfərin əfv olunması və cəzasının yüngülləşdirilməsinə razılıq verib.
 
Maide.Az “leader.ir” saytına istinadla xəbər verir ki, Məhkəmə Hakimiyyətinin sədri höccətül-islam İbrahim Rəisi Ali Rəhbərə məktubla müraciət edərək mübarək Qurban və Qədir-Xum bayramları ilə əlaqədar olaraq, Məhkəmə Hakimiyyətinin Əfv və Amnistiya Komissiyası tərəfindən müvafiq tələblərə cavab verdikləri müəyyən olunmuş 1070 nəfər məhkumun cəzasının əfvi, yüngülləşdirilməsi və ya əvəzlənməsini təklif etmişdi. 
 
Ali Rəhbər Ayətullah Xamenei onun bu təklifini müsbət cavablandırıb.