Ayətullah Xamenei müqəddəs İmam Rza (ə) məqbərəsinin toz alma mərasimində iştirak etdi - FOTO- YENİLƏNİB

Məhərrəm ayının və şəhidlər sərvəri Həzrət Seyyidüşşühədanın(ə) matəm günlərinin başlanması ərəfəsində, bu gün səhər Ali Rəhbər Ayətullah Xameneinin iştirakı ilə, mənəviyyat dolu bir abu-hava içərisində Allahın səkkizinci höccəti Həzrət İmam Rzanın (ə) qəbri-şərifinin tozalma mərasimi keçirilib. 
 
Maide.Az “khamenei.ir” saytına istinadla xəbər verir ki, mərasimdə alimlər və tanınmış müctəhidlər də iştirak edib. 
 
Mərasim  boyunca qarilər və Əhli-Beyt (ə) məddahları nurani ayələr qiraət edib, pak və məsum Əhli-Beytin (ə) matəm günləri münasibətilə nohə və rövzələr oxuyub.