Ayətullah Xamenei: İmam Hüseyn (ə) eşqi İran və İraq xalqını bir-birinə möhkəm bağlayır

Düşmən İran və İraq xalqı arasında təfriqə və ayrılıq salmağa çalışırlar. Amma onlar indiyədək bunu bacarmayıb və onların bu hiylələsinin heç bir təsiri olmaycaq. 

Maide.Az  xəbər verir ki,bu haqda Ali Rəhbər Ayətullah Xameneinin əsərlərinin qorunması və nəşri dəftərxanasının "twitter" sosial şəbəkəsində məlumat verilib. 

Ayətullah Xamenei  son günlər İraqda baş verən hadisələrə  toxunaraq bildirib ki, İran və İraq xalqı Allaha olan imanları, Əhli-beytə (ə) və İmam Hüseynə (ə) olan sevgisi ilə ürəkdən və candan bir-birlərinə bağlanmış iki xalqdır. Hər gün keçdikcə də bu bağlılıq daha da artacaq.