Ayətullah Xamenei ABŞ–ın danışıqlar siyasətinin məqsədlərini açıqladı

“Bu gün ABŞ zəifləyərək vəhşiləşmiş canavar sifəti alıb. İran isə onun müqabilində qüdrətlə dayanaraq  imperializmin ölkəmizə yenidən nüfuz etməsinə imkan vermir.” 
 
Maide.Az “Leader.ir” saytına istinadla xəbər verir ki,  bunu bu gün Ali Rəhbər Ayətullah Xamenei 13 Aban (4 noyabr) – Dünya İmperializminə Qarşı Milli Mübarizə günü münasibətilə minlərlə şagird və tələbələrlə görüşündə deyib. 
 
Ayətullah Xamenei  bildirib ki, ABŞ tərəfi  İranla düşmənçilik tarixinin  1979-cu il İnqilabı zamanı səfirliyə hücumla bağlayır. “ABŞ-ın İran xalqına qarşı düşmənçiliyi  bundan daha çox əvvələ  gedib çıxır.  Onlar tarix boyu zahirdə İranla “dostluq” nümayiş etdirsələr də həqiqətdə  düşmənçilik ediblər.  Məhz  1332-ci il 28 mordad çevrilişi  uzun illər mövcud olan bu düşmənçiliyi üzə çıxartmış oldu. Xalq ABŞ-ın həqiqi simasını məhz həmin gün gördü. Bu günə qədər də  ABŞ-ın  əvvəlcədən tutduğu siyasi mövqe – hegemonluq, pisliklər və  diktatura azalmayıb, əksinə daha vəhşiləşmiş  forma alıb.” 
 
Ayətullah Xamenei ötən 41 il ərzində  ABŞ-ın İrana qarşı hədə,  çevriliş ,  sanksiya,  milli azlıqların qızışdırılması,  separatçılıq,  iqtisadi mühasirə və s kimi atdığı addımları sadalayıb və bildirib ki, bu müddət ərzində  onlar nə bacarırdısa etdilər, əlbətdə biz də onların qarşısında bacardığımız hər bir işi etdik və  çox vaxt rəqibi elə rinqin güncünə qısnadıq . 
 
İranın ABŞ-a qarşı çıxmasının  möhkəm məntiqi əsasının olduğunu deyən Ayətullah Xamenei bildirib ki, bu qayda  ABŞ-ın İrana yenidən nüfuzunun yolunu bağlayır,  İranın dünyada gücünü və qarşı tərəfin isə  içi boş olduğunu  göstərir. 
 
“ABŞ rəsmiləri dünya dövlətlərinin rəhbərləri ilə görüşərkən  onlara minnət  qoyurlar, amma uzun illərdir  İran rəsmiləri  ilə danışıqlara israr edirlər lakin biz  bunu qəbul etmirik.  Bu məsələyə dözmək  xalqımızın düşmənləri üçün ağrıdır. Çünki bu sübut  edir ki, dünyada elə bir hökumət var ki,  ABŞ-ın beynəlxalq diktəsi, qəsbkarlığını və  güc dilini qəbul etmir.”  
 
Bəzilərinin düşüncəsinin əksinə olaraq ABŞ-la müzakirələrin  heç bir fayda verməyəcəyini  bildirən  Ayətullah Xamenei  bu məkirli siyasətin məqsədini açıqlayıb. “Onlar İran rəsmilərini  masaya gətirməklə  maksimum sankiyanın  “nəticə veridiyini”  və İranın da ABŞ qarşısında diz çökdüyünü nümayiş etdirmək istəyirlər.  Amma bu heç zaman baş verməyəcək. ABŞ istəyir ki, İranın bu gün sahib olduğu 2000 kilometrlik mənzilli raketlərini 150 kilometrlik hədəf vurmaya qədər endirsin.  Bütün müzakirələr də məhz ölkənin hərbi gücünün zəiflədilməsinə yönəlib.”
 
Fransa prezidentinin vasitəçilik edərək cəmi bir görüşdə  İran və ABŞ problemlərinin həll olunacağı fikrinə münasibət bildirən  Ayətullah Xameni qeyd edib ki, o ya sadəlövhdür, ya da birbaşa ABŞ-ın diktəsi ilə hərəkət edir.  “ Bir müddət əvvəl mən demişdim ki, əgər ABŞ bütün sanksiyaları ləğv etsə  onlarla  danışıq masasına otura bilərik.  Amma əvvəldən əmin idim ki qarşı tərəf buna getməyəcək.  Sadəcə  hər kəsin  bunu  əyani şəkildə görməsi və dərk etməsi üçün bu addımı atdım.  Nəticə isə  elə əvvəldən düşündüyüm kimi oldu.” 
 
ABŞ-ın  İrandan  tələblərinin sərhəddinə toxunan Ayətullah Xamenei qeyd edib ki, bu  istəklər bitib-tükənən deyil.  “Bu gün onlar  İrandan  regionda təsir qüvvəsini azlatmağı,  hərbi sənayeni məhdudlaşdırmağı və s. istəyirlər. Amma əsas hədəf İranı İnqilabdan əvvəlki kimi  özləri üçün kölə vəziyətinə qaytarmaqdır. Bir daha bəyan edirəm ki, İslam Respubliasının  möhkəm iradəsi bunun baş verməsinə heç vaxt imkan verməyəcək”. 
 
Ayətullah Xamenei  buraxılmış  səhvləri təkrarlanmamağı və avropalıların vədinə inanmamağı tövsiyə edib və bildirib ki, bu gün  ölkədə mövcud iqtisadi durumu – bahalıq, infiliasiya, milli valyutanın  dəyərinin azalması və s.   müsbətə doğru dəyişmək üçün yol daxili istehsal gücünün artırılmasıdır.