Ayətullah Xamenei: Benzindəki bahalaşma digər məhsulların qiymətlərinin artmasına səbəb olmamalıdır

Ali Rəhbər Ayətullah Seyyid Əli Xamenei  noyabrın 15-i benzinin bahalaşması qərarından sonra ölkədə baş verən son hadisələrlə bağlı açıqlama verib.
 
Maide.Az  xəbər verir ki, Ayətullah Xamenei fiqh dərsində ölkədəki nümayişlər haqqında qiymətləndirmələr edib:  
 
"Dərsi başlamazdan öncə ölkə rəhbərliyinin qəbul etdiyi qərardan sonra iki gündür baş verən hadisələrə münasibət bildirmək istəyirəm. Dünən və ondan öncəki gün bəzi şəhərlərdə hadisələr baş verdi ki, insan tələfatı nəticələnmiş və idarə binaları yandırılmışdır. Əvvəla, əgər ölkə rəhbərliyi qərar qəbul edibsə, gərək buna yaxşı niyyətlə yanaşıla. Mən özüm bu mövzuda mütəxəssis deyiləm. Amma mütəxəssislərin özü də bu mövzu haqda fərqli rəyə malikdirlər. Bəziləri bu addımı gərəkli və vacib bilirlər, bəziləri isə zərərli hesab edirlər. Bu mövzuda keçirilən görüşlərdə də bu mövzuda mütəxəssis olmadığımı bildirmişəm. Amma hökümətin qəbul edəcəyi qərarı da dəstəkləyəcəyimi bəyan etmişəm. Çünki üç qüvvə (prezident, parlament sədri və ali məhkəmə sədri) mütəxəssislərin iştirakı ilə yığışıb ölkə üçün qərar qəbul ediblər ki, gərək buna riayət oluna."
 
Ayətullah Xamenei bildirib ki, təbii olaraq bu qərardan bəzi vətəndaşlar narahat olacaq və bu onların zərərlərinə olacaq. "Lakin (dövlət mallarını) məhv etmə və yandırma vətəndaşların işi deyil, fitnəkarların işidir. İslam inqilabı ilə İran düşmənləri bu cür təxribatlar ilə gərginliyi dəstəkləyir və indi də bununla məşğuldurlar. Bu cür hadisələr hər cəmiyyət və ölkənin ən böyük fəlakəti olan təhlükəsizliyi artıra bilər. Vətənini sevən ağıllı insan bunu etməz. Rəsmilər bu planın vətəndaşların həyatına mənfi təsir etməməsinə diqqət yetirməlidir”.
 
 
Benzindəki bahalaşma digər məhsulların qiymətlərinin artmasına səbəb olmamalı olduğunu vurğulayan Ali Rəhbər, belə davam edib: “Televiziyada rəsmilərin benzinə tətbiq etdiyi qiymət artımı digər məhsulların qiymətlərinə təsir etməməsi üçün işlər görəcəklərini söylədiklərini gördüm. Bu nəzarətin tamamilə edilməsi şərtdir. Bahalılıq vətəndaşlar üçün böyük problemlər yarada bilər. Bütün rəsmilər həssas olmalıdır. Təhlükəsizliklə əlaqədar rəsmilər də vəzifəsini yerinə yetirməlidir”.