Ayətullah Xameneidən mesaj: 'ABŞ-ın düşmənçiliyi mövsümi və ötəri deyil'

 
“Bəziləri düşünə bilər ki, bir addım geri çəkilsək  ABŞ  düşmənçilikdən əl çəkəcək. Lakin bu ötəri, mövsümi deyil, daimi və amansız düşmənçilikdir. Çünki zatidir.”
 
Maide.Az xəbər verir ki, bunu Ayətullah Xameneyi deyib.
 
O,  ABŞ-ın hərbi bazalarının vurulmasına münasibət bildirərək qeyd edib ki, qisasın vacib bir mərhələsi həyata keçirildi. “Biz onalara böyük bir sillə vurduq. Lakin, bu hərbi əməliyyatlar kifayət deyil. Əsl qisas ABŞ-ın regionda varlığının sonudur."
 
Ayətullah Xamenei bildirib ki, düşmənin planını anlamaq,  onun müqabilində isə  əsas məsələlərə diqqət etmək lazımdır.
 
“Şəhid Qasim Süleymaninin və digər şəhidlərin tabutu altında qurulmuş vəhdət  qorunmalıdır. İnsanları inqilab dəyərlərinə verdiyi qiymət birləşdirməlidir. Siyasi, iqtisadi, hərbi, təhlükəsizlik məsələlərimizi gücləndirməliyik. Bəziləri deyir ki,  siz ABŞ-ı qəzəbləndirəcək iş görməyin. Çox yanlış düşüncədir ki, Amerika nə zamansa təslim olacaq. Gənclərin elm, cihad, xidmət və orduda olması düşməni qəzəbləndirir.”
 
Ali Rəhbər İran Parlementinin "Ağır intiqam" adlı son qərarı, o cümlədən İraq hökumətinin  ABŞ hərbiçilərinin ölkədən çıxarılması ilə bağlı qərarı təqdirəlayiqdir adlandırıb.