Ayətullah Xamenei başsağlığı verib

Ali Rəhbər Ayətullah  Seyyid Əli Xamenei  Şəhid Qasim Süleymanin dəfn mərasimində Kirmanda baş vermiş hadisə və  ötən gün Ukraynaya uçan təyyarə qəzası ilə bağlı başsağlığı verib.
 
 
Maide.Az “leader.ir” saytına istinadən xəbər verir ki, Ali Rəhbər Ayətullah Xameneinin başsağlığı mesajında bildirilir:
 
 ""Mərhəmətli və Bağışlayan Allahın adı ilə! Ötən iki gün ərzində  baş verən üzücü hadisələrdən biri dəyərli şəhidin dəfn mərasimində  əziz həmvətənlərimizdən bir qrupunun həyatını itirməsi və eləcə də sərnişin təyyarəsinin qəzaya uğraması və İranlı və digər ölkə vətəndaşlarının bu hadisədə həyatını itirməsi  çox acılı və qəmli hadisələrdir. 
 
Mən  hadisə qurbanlarının yaxınlarına və ailələrinə dərin hüznlə  başsağlığı deyirəm.  Uca Yaradandan hadisə qurbanlarının yaxınlarına səbr və  həyatını itirənlər  üçün ən yüksək dərəcələri verməsini diləyirəm!"