Ayətullah Xamenei Şəhid Süleymani və digər şəhidlərin anım mərasimində iştirak edib – FOTO

Bu gün səhər – İslamın dəyərli sərkərdəsi şəhid Hacı Qasim  Süleymani  və böyük mücahid  şəhid  Əbu Mehdi  Əl-Mühəndis, eləcə də ABŞ-ın terroru nəticəsində həyatını itirmiş digər şəhişəhidlər üçün İmam Xomeyni (r.ə) adına hüseyniyədə  anım mərasimi keçirilib. 
 
Maide.Az "leader.ir" saytına istinadla xəbər verir ki, mərasimdə Ayətullah Xamenei, məsul şəxslər ,İraqdan bir neçə rəsmi, digər müsəlman ölkələrindən  qonaqlar və diplomatik korpusların nümayəndələri, səfirlər, şəhid ailələri və müxtəlif bölgələrdən insanlar iştirak edir. 
 
Mərasim  Quranın nurlu ayələrinin qiraəti ilə başlayıb, ardınca Şəhid Süleymanin həyat yolundan danışılıb və  əzadarlıq edilib.