Ayətullah Xamenei `Təbiət Həftəsi` münasibətilə ağac əkib - FOTO

 Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei bu gün "Təbiət Həftəsi" münasibətilə iki meyvə ağacı əkib.

Maide.Az "leader.ir" saytına istinadən xəbər verir ki, Ayətullah Xamenei ağac əkilməsinin önəmindən danışıb və bildirib ki, bu bərəkətli bir addımdır. 
 
Ağacəkmə mərasimindən sonra Ali Rəhbər koronavirusun yayılmasına da münasibət bildirib və ölkə daxilində epidemiya ilə mübarizə aparan səhiyyə qruplarına təşəkkür edib.
 
Koronavirus xəstəliyinə qarşı mübarizədə bütün qurumların Səhiyyə Nazirliyi ilə əməkdaşlıq etməsini tövsiyə edən Ayətullah Xamenei epidemiyanın qarşısını almaq üçün xalqa qurumların tövsiyə və göstərişlərinə əməl etməyə çağırıb:  “Bu göstərişləri pozmaq olmaz, çünki  Allaha bizə göstəriş verib ki, özümüzün və başqalarının sağlamlığı ilə bağlı  məsuliyyətli olaq.  Buna görə hər kim cəmiyyətin sağlamlığı və bu xəstəliyin geniş yayılmasının qarşısını alınmasına yardım  edərsə yaxşı iş görür və hər kim, xəstəliyi yayırsa pis iş görür.” 
 
Bu xəstəliyə yoluxanların sağalması üçün dua edən və ölənlər üçün Allahdan rəhmət və bağılanmaq diləyən Ayətullah Xamenei  yeni koronavirusla bağlı əhaliyə bir sıra  tövsiyələr edib. 
 
Ayətullah Xamenei ölkədəki qurumları bütün imkanları ilə  epidemiya ilə mübarizədə Səhiyyə Nazirliyinə yardım etməyi tövsiyə edib. 
 
Silahlı Qüvvələr və Ali Rəhbərin ofisinə aid bütün qrumların da  epidemiya ilə mübarizədə yardımçı olması göstəriş verildiyini deyən Ayətullah Xamenei  bildirib ki, dünyanın bir çox ölkəsi bu problemlə məşğuldur. "Rəsmilərimiz ilk gündən dürüstlük və səmimiyyətlə ictimaiyyətə məlumat verdi, lakin xəstəliyin daha şiddətli və geniş yayıldığı bəzi ölkələrdə məlumat gizlədilir."
 
Ayətullah Xamenei epidemiyanın qısa müddət ərzində ölkədə kökü kəsiləcəyini deyib.