Şəvval ayı müşahidə olunduğu üçün May ayının 24-ü Şəvval ayının 1-ci günü və Fitr bayramı günüdür.
Maide.Az xəbər verir ki, bunu Ali Rəhbər Ayətullah Seyid Əli Xameneinin ofisi yanında Ayın müəyyən edilməsi üzrə komitə məlumat verib.
Məlumata görə, 100-dən çox ekspert qrupu Ayın müəyyənləşdirilməsi üzrə işlər aparıb:
"Mübarək Ramazan ayında tutulan oruclar və edilən ibadətlərin qəbul olunması arzusu ilə, elan edirik ki, ölkənin bir neçə bölgəsindən verilən dəqiq məlumatlara əsasən, Şəvval ayının Ayı bu gün görünüb və Ali Rəhbər Ayətullah Xamenei cənablarına ayın görünməsi sabit olub. Buna görə də, sabah (May ayının 24-ü) Fitr bayramı günüdür."
Bu bayram münasibəti ilə bütün mömin qardaş və bacıları təbrik edirik.