Ayətullah Xamenei başsağlığı verib

Ali Rəhbər Ayətullah  Seyyid Əli Xamenei  Tehranda xəstəxanada baş vermiş yanğında həyatını itirmiş  vətəndaşların ailələrinə başsağlığı verib.
 
Maide.Az “leader.ir” saytına istinadən xəbər verir ki, Ali Rəhbər Ayətullah Xameneinin başsağlığı mesajında bildirilir:
 
"İnna lillah və inna ileyhi raciun" "Mərhəmətli və Bağışlayan Allahın adı ilə!  Xəstəxanaların birində  baş vermiş yanğın hadisəsi və əziz vətəndaşlarımızdan bir neçə nəfərinin orada həyatını itirməsi ürək ağrıdıcıdır.  Bu münasibətilə  həyatını itirən şəxslərin  ailələrinə  səmimi qəlbdən başsağlığı verirəm.  Allahdan onların ailələrin səbr və  qəlbləri üçün aramlq  diləyirəm.  Bütün aidiyyatı qurumlar  bu cür acı və ürək yandıran hadisələrin qarşısını almaq üçün  tam güclə çalışsın.  Ziyanların  minimuma endirilməsi üçün lazimi tədbirlər görülsün. Aidiyyatı qurumlar  Xəstəxanada baş vermiş bu hadisənin səbəblərini tez bir zamanda  düzgün araşdırsın”.