Ayətullah Xamenei dünya müsəlmanlarına müraciət ünvanlayıb

"Həcc ziyarəti müasir cəhalətə qarşı möhtəşəm bir İslam fenomenidir"

Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei  2020-ci il Həcc ziyarəti ilə bağlı dünya müsəlmanlarına müraciət ünvanlayıb. 
 
Maide.Az “Leader.ir” saytına istiandla xəbər verir ki, Ayətullah Xamenei müraciətində Həcc ziyarətinin əhəmiyyətindən danışıb.  “Həcc misilsiz bir  vəzifədir.  İslamdakı vacib əmməllərin arasında ən möhtəşəmidir.    Sanki  dinin bütün vacib fərdi və  ictimai,  maddi və mənəvi, tarixi və ümumbəşəri aspektləri bu ziyarətdə  nəzərdən keçirilir. Onda mənəviyyat var. Lakin  təcrid olmadan, cəmiyyət var, ancaq qarşıdurma və böhtan və pislikdən uzaqdır.  Bir tərəfdən duaların mənəvi ləzzəti, Allaha sədaqət və zikr, digər tərəfdən də vəhdətin və populyar ünsiyyəti yaşadır. Həcc ziyarəti qəddarlıq, qətl və talanın mərkəzi olan zalımlara qarşı güc nümayişidir. Bu gün İslam ümmətinin bədəni və ruhu zalımların pislikləri nəticəsində çürüyür. Həcc ziyarəti ümmətin yumşaq və sərt gücünü nümayiş etdirir. Bu qeyd etdiyimiz önəmli hədəfələrə görə, İmam Xomeyni (r)  həzrətləri onu "İbrahim Həcc"  adlandırıb.  Əgərə Həcc ziyarətini təşkil edənlər ki, özlərini “Hərəmeyn-i Şərifeyn”in  xidmətçiləri adlandırır, bu göstərişlərə səmimi qəlblə  boyun əysələr və  ABŞ-ı sevindirmək əvəzinə Allahın razılığını seçsələr  İslam dünyasında olan böyük problemləri həll edə bilərlər”. 
 
Ayətullah Xameneinin  müraciətinin davamında bildirilib ki, bu gün həmişəkindən daha çox  İslam ümmətinin vəhdətə ehtiyacı var.  “Bu vəhdət düşmənçiliklər və hədələrin qarşısında  bir olmaqdır. Eyni zamanda təcavüzkar, qəddar Amerika və onun  zəncirdə olan iti sionist rejimin başına  ildırım sürətli fəryad etməyi və  zorakılıqlar qarşısında  qorxmazcasına  sinə sipər etməyi bacara bilməlidir.” 
 
Ali Rəhbər İslam ümmətinin təcavüzkar ABŞ və sionist rejimə qarşı birliyinin və "məzlum fələstinlilərə yardım,  Yəmənin yaralı bədəninə şəfqət və hər yerdə məzlum müsəlmanların qayğısını çəkməyi"n zəruriliyini vurğulayıb.  Ayətullah Xamenei şəxsi mənfəət üçün bir neçə gün qəsbkar sionist rejimi ilə dost olan bəzi İslam ölkələrinin liderlərinə bu alçaldıcı davranışdan çəkinməyi tövsiyə edib. 
 
O həmçinin ABŞ-ın bölgədəki mövcudluğu və ABŞ-dakı mövcud hadisələrlə bağlı bildirib ki, ABŞ-ın Qərbi Asiyada olmasını bu bölgə xalqlarının zərərinə hesab edirik və ölkələrin təhlükəsizliyinə, məhvinə və geriləməsinə səbəb kimi görürük. 
 
"Bu gün İslam dünyasında bir çox ziyalı fəxrlə  Qərb sivilizasiyasının problemlərini və onun yerini doldura biləcək İslam nümunələrini açıq şəkildə bəyan edir. Bəzi Qərbli mütəfəkkirlər bu günə kimi fəxrlə libralismi tarixin sonu kimi bəyan edirdi, lakin indi məcbur olublar öz iddialarından geri çəkilsinlər . 
 
 ABŞ küçələrinə baxanda,  Amerika dövlət xadimlərinin xalqlarına qarşı davranışı, bu ölkədəki sosial siniflər arasındakı dərin uçurum,  bu ölkəni idarə etmək üçün seçilənlərin təhqirləri, dəhşətli irqçi ayrıseçkiliyi, cinayətkar olmayan bir şəxsi polisin soyuqqanlılıqla insanların gözü qarşısında öldürməsi, Qərb sivilizasiyasının mənəvi və sosial böhranının dərinliyini və bu sivilizasiyanın siyasi və iqtisadi fəlsəfəsinin etibarsızlığının  göstərir. ABŞ-ın zəif xalqlara qarşı davranışı, müdafiəsiz bir qara dərilinin boynuna diz qoyub boynunu sıxaraq öldürən bir polisin davranışının daha geniş bir versiyasıdır.”
 
Ali Rəhbər Həcc ziyarətini müasir cəhalətə qarşı "möhtəşəm bir İslam fenomeni" olaraq xarakterizə etdi.
 
Ali Rəhbər Ayətullah Xameneyi dünya müsəlmanlarına müraciətində bildirib ki, biz bütün müsəlman xalqlarını qardaş görürük və müxalif cəbhədə olmayan qeyri-müsəlmanlara ədalətlə yanaşırıq. Digər müsəlman cəmiyyətlərinin əzablarını öz yaramız olaraq görürük və müalicə etməyə çalışırıq. Məzlum Fələstinə yardım,  Yəmənin yaralı bədənin yarasını sarımaq və dünyanın hər yerində təqib olunan müsəlmanlarla münasibət qurmaq üçün səy göstərmişik. “Bəzi müsəlman dövlətlərinin rəhbərlərinə tövsiyə etməyi özümüzə bir vəzifə görürük. Həmin  dövlətlər ki,  düşmənə pənah aparır, özlərinin bir neçə günlük  şəxsi mənafeyinə görə  xalqlarının müstəqiliyini və izzətini  satır. Qəsbkar və zalim sionist rejimi qəbul edir və onlarla aşkarda və gizlində  dostluq edirlər. Biz bu ölkələri  nəsihət edirik və  bu davranışın acı nəticələri ilə bağlı  xəbərdarlıq edirik”. 
 
ABŞ-ın  Qərbi Asiya bölgəsindəki mövcudluğu  bölgə xalqlarının ziyanınadır və  bu ölkələrin  geridə qalması, dağılması və sabitsizliyinə  səbəb olur.  ABŞ-da mövcud olan irqçilik otmosferasında bizim qətiyyətli mövqeyimiz  xalqı dəstəkləmək və  dövlətin  irqçi və çirkin rəftarını pisləməkdir.