Ayaqla basılacaq formada işıqfor düyməsi

İşıqforda olan düymələr, gün ərzində bir çox adam təmas etdiyi üçün koronavirusun asanlıqla yoluxa biləcəyi nöqtələrdən biridir. Bu vəziyyəti fərq edən dizaynerlər, insanların ayaqları ilə aktiv edə biləcəkləri yeni bir işıqfor düyməsi anlayışı hazırladılar.


Koronavirusun yoluxma yollarından birinin də səthlərlə təmasdır. Bu səbəblə insanların virusa yoluxma ehtimalı olan səthlərə toxunmaması, bu səthlərə toxunsalar isə, mütləq əllərini yumalıdırlar.


Çox sayda insanın təmas etdiyi səthlərdən biri də işıqforların üzərində olan düymələrdir. Piyadaların bir tərəfdən digər tərəfə keçməsi üçün işıq nizamında dəyişiklik təmin edən bu düymələrə gün ərzində yüzlərlə bəlkə də minlərlə insan toxunur.


Koronavirus epidemiyası başlayandan sonra insanlar, bu səthlərə birbaşa toxunmaq istəmədikləri üçün əlcək taxmaq kimi tədbirlərlə yanaşı maraqlı istifadə üsulları da tapırlar.
Çox çox insanın bu düymələrə ayağı ilə basdığını fərq edən ODO və Greenpoint Media adlı şirkətin dizaynerləri, yeni bir işıqfor düyməsi hazırladılar. İnsanların ayaqları ilə basa biləcəkləri bir yüksəklikdə işıqfora yerləşdirilə bilən Dropkick adlı düymə dizaynı, işıqlı quruluşuyla da insanların diqqətini çəkə biləcək formada hazırlandı. Planşet formada hazırlanan düymə, dayanıqlı olması üçün alüminiumdan hazırlandı. Dropkick, işıqlı quruluşu sayəsində gecələri sürücülərin piyada keçidlərinə əlavə diqqət yetirməsini təmin edə bilər./deyerler.org/