Ayaq üstə işləmək oturaq vəziyyətdə işləməkdən DAHA ZİYANLIDIR

Kanada mütəxəssisləri 7320 işləyən insanın iştirakı ilə araşdırma maraqlı aparıblar.
 
Araşdırmanın iştirakçıları həftə ərzində ən azı 15 saat ərzində ayaq üstə, oturaq vəziyyətdə və ya həm oturaq vəziyyətdə, həm də ayaq üstə işləyirdi. Alimlər 12 il ərzində bu insanlara nəzarət edirdi. Eksperimentin əvvəlində iştirakçıların heç biri ürək xəstəliklərindən əziyyət çəkmirdi.
 
The Daily Mail xəbər verir ki, araşdırmanın nəticəsində məlum olub ki, iş vaxtı əsasən ayaq üstə dayanan insanlarda ürək xəstəlikləri 2 dəfə daha tez-tez inkişaf edir.
 
Alimlərin sözlərinə görə, ayaq üstə uzun müddət ərzində dayanan insanda ürəyə düşən gərginlik artır ki, bu da ürək xəstəliklərinin riskini artırır.
 
Ürək xəstəliklərindən əlavə uzun müddət ərzində ayaq üstə dayanmaq həmçinin bel problemlərinin və hətta uşaqsalmaların riskini də artırır.
 
Ekspertlər iş vaxtını əsasən ayaq üstə keçirən insanlara (satıcılar, bərbərlər və s.) vaxtaşırı olaraq oturmağı tövsiyə edirlər ki, bu da ürəyə düşən gərginliyi azaldır. /saglamolun.az /