Çayın müalicəvi xüsusiyyətləri

Çin əfsanəsinə görə nəsillərdən - nəsillərə keçən çay müalicəvi xüsusiyyətlərə malikdir:

    Çay baş ağrısını aradan qaldırır.
    Çay oyadır və alkoqol asılılığından azad olmağa kömək edir.
    Çay qidalandırıcı ərzaq hesab edilir, aclığı aradan qaldırır ( xüsusilə də müxtəlif ətirli və müalicəvi əlavəyə malikdirsə )
    Çay istilər zamanı əhvalı yüngülləşdirir.
    Çay təravətləndirir və gümrahlaşdırır.
    Çay sakitləşdirir, stressi aradan qaldırır, əsəbləri sakitləşdirir.
    Yağlı qidanın həzmini asanlaşdırır.
    Orqanizmdən zəhəri, toksinləri və şlakı xaric edir.
    Çay ömrü uzadır.
    Çay intellekti artırır, şüuru formalaşdırır.
    Çayda dişlər üçün faydalı olan flüor mövcuddur. Yaşıl çay dişlərdə kariyes yaradan bakteriyaları öldürmək iqtidarındadır. Miqren tutulmaları zamanı qara çay içmək lazımdır ki, baş ağrısı sakitləşsin.

Çay kompressi çox faydalıdır. Bu cür kompresləri zədələnmə və əzilmə zamanı qoyduqda ağrı tezliklə sakitləşir. Belə ki, yaşıl çayı 15 - 20 dəqiqə dəmləyib, alınan məhlulu tənzifin içərisində ağrıyan yerə qoyub, polietilenlə üzərini örtdükdə bir neçə dəqiqədən sonra ağrı sakitləşir. Lakin Hindistan həkimlərinin fikrinə görə çay gözün korlaşmasına qarşı yaxşı profilaktik tədbir rolunu oynayır. Həm qara, həm də yaşıl çay kataraktanın inkişafının qarşısını alır, amma qara çayın təsiri daha çoxdur.

Menopauza dövründə qadınlara çoxlu çay içmək məsləhət görülür, belə ki, çay bu dövrdə sümüklərin sınması ilə nəticələnən osteoporoza adlanan xəstəliyin qarşısını alır.

Çay xərçəng xəstəliklərinin yaranmasının qarşısını alır.

Yaşıl çay tənəffüs, əsəb və ürək- damar sistemlərinin işini yaxşılaşdırır.
 

Çayın tərkibi və xüsusiyyətləri:

V. V. Poxlebkinin fikrinə görə, çayın saxlanma dərəcəsi bağlamanın germetiklik və mikrobsuzluğu ilə proporsional olmalıdır. Pis bağlanmış bağlamada faydalı xüsusiyyətlərini və ilkin keyfiyyətini tezliklə itirir. Çayın dad keyfiyyətinin uzun müddət saxlanması üçün havanın daxil olmasına mane olan ağzı kip bağlanmış çini qabda saxlanmalıdır. istifadə zamanı qabı təmiz yuyub qurulamaq lazımdır.

Çayın xüsusiyyətinə həmçinin onun saxlandığı yer də təsir edir. Uzun müddət qalması üçün çayı quru, sərin və havası təmizlənmiş yerdə saxlamaq lazımdır. Dəmlənmiş çayı digər məhsullarla birlikdə saxlamaq doğru deyil. Saxlanma şərtlərinə riayət etdikdə, çay illərlə daha möhkəm, içki isə dadlı və ətirli olur.

Səmərəli istifadə üçün müxtəlif çay növlərinin xüsusiyyətlərini bilmək lazımdır.

İiriyarpaqlı çay daha tez işlənir, bir kiloqram çaydan 300 fincan çay dəmləmək olur. Bu ən qənaətsiz çaydır, belə ki, bir fincan çay dəmləmək üçün bir qaşıq quru çay tələb olunur.

Əgər qutunun üzərində yarpağın ölçüsü göstərilməyibsə, bu orta yarpaqlı çaydır. Bu növdən olan çayın bir kiloqramından 500 fincan çay dəmləmək mümkündür. Kiçik dənəli çay tez dəmlənir, şəffaf rəng verir, qənaətli istifadə edilir, lakin kiçik bir səhv acı bir içkinin alınmasına səbəb olur.