Azərbaycanda turizm sektorunda ciddi tənəzzül yaranıb

Dövlət Statistika Komitəsi turizm hesabatı yayıb.
 
Maide.Az bildirir ki, Dövlət Sərhəd Xidmətinə istinad olunan rəsmi məlumatda koronavirus pandemiyası üzündən turizm sektorunda ciddi tənəzzül yarandığı vurğulanır.
 
Hesabata görə, 2020-ci ilin yanvar-iyun aylarında Azərbaycana 152 ölkədən 590,1 min və ya ötən ilin ilk yarısı ilə müqayisədə 2,4 dəfə az əcnəbi gəlib.
 
Qeyd olunur ki, 2019-cu ilin yanvar-iyun ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı 2,6 dəfə azalaraq 973,4 min nəfər olub.