Xaricdə doktorantura təhsilinə sənəd qəbulu başlayıb

“2019-2023-cü illər üçün Azərbaycanda ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində payız semestri üçün xaricdə doktorantura təhsilinə sənəd qəbuluna start verilib.
 
Madie.az xəbər verir ki, Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, sənəd qəbulunda nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsil almaq istəyən və ya təhsil alan Azərbaycan vətəndaşları iştirak edə bilərlər.
 
Proqram prioritet ixtisas istiqamətləri üzrə doktoranturaya qəbul olmağa hazırlaşan və hazırda müvafiq sahələr üzrə doktorantura səviyyəsində təhsil alan namizədlər üçün nəzərdə tutulub. Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən həyata keçirilir.
 
Müraciət üçün son tarix iyulun 31-i müəyyən edilib.
 
Sənəd qəbuluna dair digər məlumat və şərtlərlə elan vasitəsilə tanış olmaq mümkündür. Əlavə suallar olduqda maraqlanan namizədlər FAQ/MVS və ya [email protected] elektron poçt ünvanına müraciət edə bilər.