Azərbaycandan Rusiyaya səyahət edənlər üçün yeni qaydalar qüvvəyə minib

Bu gündən Azərbaycandan Rusiyaya yerinə yetirilən bütün reyslərdə yeni giriş qaydaları qüvvəyə minib.
 
Madie.Az xəbər verir ki, “APA-Economics”in məlumatına görə, həmin reyslərlə səyahət edən bütün sərnişinlər smartfonlarına “Puteşestvuyu bez COVID-19” mobil tətbiqini yükləməlidirlər. Tətbiqə pasportun skan olunmuş surətini, habelə COVID-19 üçün PCR testinin nəticəsini yükləmək lazımdır. Tətbiq ödənişsizdir.
 
Məlumata görə, “Puteşestvuyu bez COVID-19” tətbiqini aşağıdakı keçidlər vasitəsilə yükləyə bilərsiniz:
 
 
- “Android” smartfonları üçün:
 
 
- “Huawei” smartfonları üçün: https://appgallery.huawei.com/#/app/C104343239
 
Tətbiqin istifadəsi aşağıda qeyd edilən sərnişinlər üçün məcburi deyildir:
 
- Rusiya Federasiyasının vətəndaşları üçün;
 
- Azərbaycan ərazisindən tranzitlə keçən sərnişinlər üçün (Rusiya Federasiyasına yerinə yetirilən bütün marşrut üzrə aviabiletlər və (və ya) minik talonları mövcud olduqda) və ilkin yola düşmə ölkəsində testdən keçmiş olduqda.
 
- smartfonları olmayan uşaqlar və ya yaşlı əhali qrupu kateqoriyasından olan sərnişinlər QR-kodun təsdiqini onlarla birgə səyahət edən digər sərnişinin smartfonundakı tətbiqdə təqdim edə bilərlər.