Azərbaycanda banklar tərəfindən bankomatlar vasitəsilə dollar əsginasların qəbulu dayandırılıb

Hazırda ölkədə bir sıra banklar tərəfindən bankomatlar vasitəsilə dollar əsginasların qəbulu dayandırılıb.
 
Maide.Az Oxu.Az-a istinadla xəbət verir ki,  buna səbəb dövriyyədə müəyyən miqdarda saxta 100 dollar əsginasların olmasıdır.
 
Saxta əsginasların təhlükəsizlik elementləri həqiqi valyuta vahidinə dəqiq olaraq bənzədilə bildiyindən bankomatlar tərəfindən saxta pullar müəyyən edə bilməyib. Bu səbəbdən banklar saxta dollar əsginasların dövriyyəsinin qarşısını almaq üçün bankomatlar vasitəsilə onların qəbulunu dayandırıb. Prosesin iki həftə müddətinə dayandırıldığı məlumat verilib.
 
Məsələ ilə bağlı bağlı Azərbaycan Beynəlxalq Bankından sorğumuza cavab olaraq müvafiq hüquq-mühafizə orqanlarından banka həqiqətən belə bir siqnalın daxil olduğu və müştərilərin maraqlarının qorunması üçün lazımi təhlükəsizlik tədbirlərinin görüldüyü bildirilib.