Bərdədəki iri supermarketlərdə unun satışı dayanıb

Ötən gün Bərdədəki iri supermarketlərdə - "Bolmart", "Bazarstore", "Araz" market filiallarında unun satışı dayanıb.
 
Maide.Az xəbər verir ki, satış təmsilçiləri Sputnik Azərbaycan-a bildiriblər ki, unun satışında yaranmış məhdudiyyət bu gündən yaranıb. Mağazalara unun gətirilməsi ilə bağlı sifarişlər göndərilsə də, təchizat ləngiyib. Unun nə zaman göndəriləcəyi ilə bağlı dəqiq  məlumat yoxdur.
 
Başqa bir qıtlıq apteklərdə yaşanır. Koronavirusdan qorunmaq istəyənlər maska tapıb ala bilmirlər. Apteklərdən birinin satış təmsilçisi hər gün limitlə 50 ədəd maska aldıqlarını bildirsə də, bu gün ümumiyyətlə həmin qoruyucu vasitəni  ala bilmədiklərini deyib.