Badamdarda yenə torpaq sürüşdü

Badamdar sürüşmə kütləsində üzərində uçqunlar baş verib.
 
Maide.Az APA-ya istinadən bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, bu gün sürüşmənin üzərində 50 metr enində torpaq kütləsi 20 metr irəliyə doğru sürüşüb.
 
Hazırda sürüşmə sahəsində gərginlik qalmaqdadır.
 
Qeyd edək ki, yanvarın 9-da səhər saatlarında Badamdar sürüşmə sahəsində aktivləşmə baş verib.
 
Eni təxminən 100 metrə yaxın olan sürüşmə kütləsi Badamdar-20-ci Sahə arasında olan magistral avtomobil yoluna doğru hərəkət edərək yolu bağlayıb.