Bakı-Xırdalan-Sumqayıt qatarı yenidən xəttə buraxılır

Xırdalan dairəsində yerləşən dəmir yolu körpüsündə tikinti işləri yekunlaşıb.
 
Bu barədə Trend-ə “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.
 
Məlumatda deyilir ki, artıq körpüdə təhlükəsizliklə bağlı zəruri sınaq tədbirləri görülür. Yaxın günlərdə Bakı-Xırdalan-Sumqayıt istiqamətində qatarların hərəkətinin bərpa edilməsi planlaşdırılır.
 
Dəqiq tarixlə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.