Bakı-Yevlax avtomobil yolunun bir hissəsində hərəkət qismən məhdudlaşdırılıb

Təmir işləri ilə əlaqədar olaraq, martın 2-də Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Sulutəpə və Xocasən dairələri arasında yerləşən hissəsində hərəkət qismən məhdudlaşdırılıb.
 
Bu barədə AZƏRTAC-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
 
Sürücülərdən təmir işləri saatlarında ərazidə sıxlıq yaranmaması üçün öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.