Bakıda 3 otaqlı ev yandı

Xəzər rayonunda yanğın hadisəsi baş verib.
 
 Fövqəladə Hallar Nazirliyindən virtualaz.org-a verilən məlumata görə, Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 110 m² olan birmərtəbəli 3 otaqlı evin bir otağının yanar konstruksiyaları və ev əşyaları 30 m² sahədə, dam örtüyü 60 m² sahədə yanıb.
 
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.