Bakıda avtomobillə sərnişin avtobusu toqquşdu - Yaralılar var

Bakıda minik avtomobili ilə sərnişin avtobusu arasında qəza baş verib.
 
Trend-in məlumatına görə, hadisə ötən gün axşam saatlarında Sabunçu rayon Maştağa qəsəbəsində qeydə alınıb.
 
Minik avtomobilinin 131 saylı xətt üzrə hərəkət edən avtobusla toqquşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı Bakı Şəhər Klinik Xəstəxanasına çatıdırılıblar:
 
Avtomobilin sürücüsü 1997-ci il təvəllüdlü Rəhimov Mehdi Hikmət oğlu, 1988-ci il təvəllüdlü Rəcəbov İkram Mahir oğlu, 1996-cı il təvəllüdlü Babayev Məlikağa Həmidağa oğlu və 1994-cü il təvəllüdlü Rəcəbov Mahir İbrahim oğlu.
 
 Onlardan üçü ilkin tibbi müayinədən sonra ambulator müalicəyə yola salınıb, bir nəfər M.Rəcəbov isə xəstəxananın travma şöbəsində müalicə alır.