Maide.az-ın məlumatına görə, Bakının Xətai rayonundakı Həzi Aslanov qəsəbəsində yeni qapalı tipli yarımstansiya inşa edilir.
“Bakıelektrikşəbəkə” ASC-dən bildirilir ki, köhnə yarımstansiya sökülüb və onun yerində gücü 110/35/6 kvt olan müasir yarımstansiya tikilir.
İki ədəd 40 meqavatlıq transformatorun quraşdırılması nəzərdə tutulur.