Koronavirus təhlükəsi ilə əlaqədar Bakıda orta məktəblərin, bağçaların və məscidlərin dezinfeksiyasına başlanılıb.
Bu barədə Bakı Şəhər Dezinfeksiya Mərkəzinin direktoru Akif Məmmədov bildirib.
İndiyə qədər 27 məscid, 2 sinaqoq, 60 məktəb və 50 uşaq bağçasında dezinfeksiya aparılıb.
Dezinfeksiya işləri hazırda davam edir. A. Məmmədov deyib ki, dezinfeksiya işləri əhalinin sıx olduğu digər yerlərdə, o cümlədən teatr və kitabxanalarda da aparılır. APA