Bakıda təhsil sərgisi olacaq

Bakıda növbəti beynəlxalq təhsil sərgisi keçiriləcək.
 
Bu haqda təşkilatçı – «Caspian Event Organisers»in (CEO) məlumatında bildirilir. 12-ci Azərbaycan Beynəlxalq Təhsil «Education 2018» sərgisinin təsisçisi Təhsil Nazirliyidir.
 
Sərgi oktyabrın 11-də açılacaq və üç gün davam edəcək.
 
Orada 20-dən çox Azərbaycan təhsil müəssisəsi iştirak etməlidir. Onların arasında universitetlər, akademiyalar, habelə uşaq bağçaları da var.
 
Sərgidə xarici ölkələrdən ən geniş heyətlə Rusiyanın ali təhsil müəssisələri təmsil olunacaq.
 
Çexiyadan 7, Latviyadan 2 ali təhsil müəssisəsinin qatılacağı sərgidə Türkiyə universitetlərindən də 11-nin təmsil olunacağı bildirilir.