Bakıda yaşayış binasında yanğın olub, 3 nəfər ölüb

Bakıda yaşayış binasında yanğın baş verib.
 
Maide.Az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən  verilən məlumata görə, Bakı şəhərinin Səbail rayonunda ikimərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 36 m² olan 1 otaqlı mənzildə 1 ədəd elektrik ötürücüsü və yataq dəsti qismən yanıb. Yanğının kəşfiyyatı zamanı tüstüdən boğulmuş 3 nəfərin (şəxsiyyətləri dəqiqləşdirilir) meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
 
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.