Bakının mərkəzində avtobus piyadanı vuraraq öldürdü

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

 
“Report”un xəbərinə görə, hadisə bu gün səhər saat 07:00 radələrində Dəniz Vağzalının qarşısında qeydə alınıb.
 
Belə ki, Niftulla Atabalayevin idarə etdiyi “Hyundai Aero Express” markalı avtobus hələlik adı məlum olmayan piyadanı vurub. Nəticədə piyada hadisə yerindəcə ölüb.
 
Faktla bağlı Səbail Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.